ÜMUMİ MƏLUMAT

  • Korpus sayı - 2;
  • Mərtəbə sayı - 18;
  • Mənzil sayı - 196;
  • Lift sayı - hər blokda 2;
  • Mənzillərdə otaq sayı - 2,3,4,5;
  • Dupleks mənzillərdə otaq sayı - 6,8,9:
  • Mənzillərin sahəsi - 69-720kv.m;
  • Sanitar qovşaqlarının sayı - 1-4;
  • Dupleks mənzillərdə terrasların sahəsi - 53-165,7kv.m;
Mənzillərin qiymətləri - 155.250-1.836.000azn
 
"Vurğun Residence" Premium dərəcəli yaşayış kompleksi dəbdəbə və eleqantlığın heyranedici ahəngindən zövq almağı təklif edir. Müasir memarlıq standartlarına cavab verən binanın ictimai nəqliyyat vasitələrinə çıxışının olması, həmçinin, tibb müəssisələrinə və ali məktəbə yaxınlığı onu daha da unikal edir.

Bakının mərkəzində, Zabitlər bağının yaxınlığında yerləşən “Vurğun Residence” öz sakinlərinin lyuks həyat barədə arzularının reallaşması üçün hər cür şəraitlə təmin olunub. Bina gələcək sakinlərinin həyatında lazım olacaq bütün əhəmiyyətli şəraitləri özündə birləşdirir, geniş ofislərin olması isə xoş ovqat müşayiəti ilə əvəzolunmaz iş mühiti vəd edir.
Təmtəraqlı həyatın bütün xüsusiyyətlərini özündə cəmləşdirən, nəfis memarlığı, geniş mənzilləri, dəbdəbəli interyer və eksteryeri ilə fərqlənən “Vurğun Residence” kompleksində mənzilə sahib olmaq yüksək prestij göstəricisidir. Mənzillərin istənilən planlamasını imkan verən bu bina gələcək sakinlərinə bənzərsiz yaşam tərzi vəd edir.

  • Premium dərəcə.
  • “Nizami” və "28 May" metro stansiyalarına 10 dəqiqə məsafə aralığında.
  • Dəbdəbəli dizaynlı lyuks mənzillər və işıqlı ofislər.
  • Şəhər mərkəzi.
  • Tibb müəssisələri və ali təhsil ocaqlarına yaxın oturum.
  • Biznes mərkəzləri yaxınlığı.
  • Daxili hovuz sahəsi.
  • Fitnes.
  • SPA.
  • GYM.
  • Futbol meydançası.
  • Əl oyunları zalı.
  • Uşaq baxçası.
  • Tədris Mərkəzi.
  • Zabitlər istirahət parkına yaxın yerləşim.
  • Kompleks daxili ofis.
  • Ayrıca həyətyanı sahə və yaşıllıq ərazisi.
  • Binaya tam xidmət (facility management).
  • Sakinlər üçün maksimal comfort.
  • Binanın xarici örtüyü-bazalt (qeyri-yaşayış sahəsi).
  • Video nəzarət, yanğın və mühafizə həyəcan siqnalizasiyası.
  • Binaya icazəli giriş 24/7.
  • 4 mərtəbəli avtodayanacaq (221 avtomobil üçün);.

Texniki xüsusiyyətlər

  • Almaniyanın “SCHÜCO” brendinin istehsalı olan alüminium profil pəncərələr.
  • Dağ billuru olan zahiri bazalt örtüyü və yüksək keyfiyyətli mərmər istifadəsi.
  • Finlandiyanın “Kone” şirkətinin istehsalı olan liftlər.
  • Mərkəzləşdirilmiş istilik sistemi,isti su, peyk və kabel televiziyası.
  • Multi-funksional 3 laylı “Guardian Sunguard” markalı şüşə packet.
  • Avropa standartlarına uyğun dəmir seyf qapılar.
  • Тransformator yarımstansiyası.
  • Generator.
  • Qazanxana.
  • Binaya məxsus su rezervuarı, yerli və avropa standartlarına uyğun oda davamlı “Styronit” izolyasiya.
  • Kompleksin bütün mərtəbələrində ən son standartlara uyğun yanğın pilləkənlərinə aparan yanğına qarşı qapılar.
  • Məişət ehtiyacları üçün mənzillərdə qazdan istifadə nəzərdə tutulmayıb.
 Satış şərtləri
  • Nəğd satış (1kv.m - 1.850-2.450azn)
  • İpoteka. AZN ilə / 20 illik  / 10% ilkin ödənişdən başlamaqla.
  • Qiymətlər mərtəbə hündürlüyü və mənzil mənzərəsi əsasında dəyişir
  • 100% ödəniş olduqda, qiymətdə endirim edilir. 
  • Kompleksdə mənzillərin təmirinə 2017-ci ilin aprel ayından başlanılıb.
  • Kompleks yaşayış üçün təhvil verilib.
  • Çıxarışların 2017-ci ilin sonunda verilməsi planlaşdırılır.